» » Putinə sammitdə yun jaket bağışladılar – VİDEO

Putinə sammitdə yun jaket bağışladılar – VİDEO

Putinə sammitdə yun jaket bağışladılar – VİDEO

Peruda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Sammitində (APEC) iştirak edən Rusiya prezidenti Vladimir Putinə özəl hədiyyə bağışlanılıb.

Ucarliyiq.biz-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, sammitdən sonra Rusiyanın prezidentinə jurnalist yaxınlaşaraq ona qəhvəyi rəngdə jaket uzadıb və hədiyyəni kimin bağışladığını izah edib.

Aydın olub ki, jaketi prezidentə perulu qadın Xulia Kastro toxuyub. Qadın toxuduğu jaketi sammitin ilk günü özü Vladimir Putinə verməyə cəhd etsə də, mühafizəçilər icazə verməyib və qadın polis bölməsinə aparılıb. İnadkar Kastro daha sonra hədiyyəsini jurnalist vasitəsilə çatdırıb.