» » Suriyaya endirilən avizərbələr zamanı on dinc sakin ölüb

Suriyaya endirilən avizərbələr zamanı on dinc sakin ölüb

Suriyaya endirilən avizərbələr zamanı on dinc sakin ölüb

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyanın Rakka vilayətinə endirdiyi aviazərbələr nəticəsində ən azı 10 dinc sakin ölüb.

Ucarliyiq.biz-ın xəbərinə görə, bu barədə SANA agentliyi məlumat yayıb.

Qeyd olunur ki, raket zərbələri pambıq emalı zavodunun yerləşdiyi əs-Sahiliyə yaşayış məntəqəsinə endirilib. Hücum nəticəsində zavodun üç işçisi həlak olub. 

Ölənlər arasında həmçinin bir kişi və altı nəfərdən ibarət olan ailənin də olduğu bildirilir. Şahidlərin sözlərinə görə, onlarla yerli sakin müxtəlif dərəcəli xəsarətlər alıb.