» » Evlilik verilişinə qatılan azərbaycanlı qadının əri öldürüldü – VİDEO

Evlilik verilişinə qatılan azərbaycanlı qadının əri öldürüldü – VİDEO

Evlilik verilişinə qatılan azərbaycanlı qadının əri öldürüldü – VİDEO

Türkiyənin Konya şəhərində baş vermiş dəhşətli qətlin üstü açılıb.

Ucarliyiq.biz Milli.Az-a istinadən xəbər verir ki, avtomobilin içində tapılan şəxsin tapança ilə atəş açılaraq öldürüldükdən sonra yandırıldığı məlum olub.

İstintaq prosesi zamanı qətlə yetirilən 39 yaşlı Erdal Tursunun bir neçə qadınla evli olduğu müəyyən edilib.

Bir müddət əvvəl Konyaya gələn Erdal Tursun ilə Serbiyada tanış olduğu və aralarında ədavət olduğu ortaya çıxan Mehmet Anın da şəhərdə olduğunu öyrənən polis araşdırmasını bu istiqamətdə davam etdirib.

Polis Mehmet Anın 31 yaşlı həyat yoldaşı Elanur Zümrüd ilə Erdal Tursunun münasibətdə olması barədə məlumat əldə edib. Dəlillərdən sonra Mehmet, onun həyat yoldaşı Elanur və 35 yaşlı dostu Əli saxlanılıb.

Mehmet An ilkin ifadəsində Erdal Tursunun arvadı ilə əlaqədə olduğunu vurğulayıb. 

“Uşaqlarımın ondan olduğunu söylədi. İş birliyi adı ilə buraya çağırdım. Spirtli içki qəbul etdik. Avtomobilə oturanda onu tapançadan güllələdim. Sonra benzin töküb avtomobili yandırdım”, - Mehmet istintaqa ifadəsində deyib.

Qeyd edək ki, qətlə yetirilən Erdal Tursun 2013-cü ildə qatıldığı evlilik verilişlərinin birində azərbaycanlı Esmira Əsgərova adlı qadınla dini nikaha girib.