» » Kiyevdə nümayişçilərlə polis arasında qarşıdurma baş verib

Kiyevdə nümayişçilərlə polis arasında qarşıdurma baş verib

Kiyevdə nümayişçilərlə polis arasında qarşıdurma baş verib

Ukrayna paytaxtı Kiyevin Müstəqillik meydanında nümayişçilərlə polis arasında qarşıdurma baş verib. 

Ucarliyiq.biz-ın APA-ya istinadən verdiyi xəbərə görə, insidentə səbəb bir qrup nümayişçinin meydana təkərlər gətirərək yandırması olub.

İnsident zamanı saxlanılanların olduğu bildirilir.

Qeyd edək ki, bu gün Ukraynada 2013-cü ildə “Maydan” hərəkatının başladığı günlə əlaqədar “Şərəf və Azadlıq Günü” qeyd olunur. Polis nümayişdə 400 nəfərin iştirak etdiyini bildirib.