» » Azərbaycanda NATO günləri keçirilir

Azərbaycanda NATO günləri keçirilir

Azərbaycanda NATO günləri keçirilir

Azərbaycan Silahlı Qüvvələrində NATO-nun Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupu tərəfindən “NATO günləri” tədbiri keçirilir.

Ucarliyiq.biz Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin rəisi general-mayor Odd Egil Pedersenin (Norveç) rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Təlim Mərkəzini, eləcə də Əməliyyat İmkanları Konsepsiyası və Silahlı Qüvvələrin digər bölmələrini ziyarət edəcəklər.

Tədbir çərçivəsində Silahlı Qüvvələrin zabit heyəti üçün “NATO-nun komandanlıq strukturu”, “Azərbaycan-NATO əməkdaşlığı”, “Strateji öncəgörmə analizi”, “NATO-da əməliyyatların planlaşdırılması prosesi”, “Əməliyyat İmkanları Konsepsiyası”, “NATO Varşava Zirvə Toplantısından sonra”, "NATO-Cənubi Qafqaz tərəfdaşlığı” və digər mövzularda mühazirələr təqdim olunacaq.

Azərbaycan Silahlı Qüvvələrində “NATO günləri” noyabrın 25-dək davam edəcək.