» » Avropa Parlamentində Türkiyə ilə danışqıların dayandırılmasını istəyirlər

Avropa Parlamentində Türkiyə ilə danışqıların dayandırılmasını istəyirlər

Avropa Parlamentində Türkiyə ilə danışqıların dayandırılmasını istəyirlər

Avropa Parlamentinin (AP) iki ən böyük fraksiyasının liderləri Avropa İttifaqını Türkiyənin bu quruma daxil olması ilə bağlı danışıqları dayandırmağa çağırıb. 

Ucarliyiq.biz-ın məlumatına görə, bu barədə Reuters xəbər verir.

“Bizim Türkiyəyə ismarıcımız tam aydındır: bu ölkənin Aİ-yə daxil olması barədə danışıqlar dərhal dondurulmalıdır”, - sağ-mərkəz yönümlü Avropa xalq partiyasının lideri Manfred Veber bəyan edib.

“Biz Türkiyə ilə danışıqların dayandırılmasını istəyirik” - sosialistlərin lideri Canni Pittella deyib.

Deputatlar öz mövqelərini Türkiyədə 15 iyul 2016-cı il hadisələrindən sonra aparılan araşdırmalar zamanı Türkiyə vətəndaşlarının haqlarını pozulması və dövlət strukturlarında kütləvi ixtisarların qəbuledilməz olması ilə əlaqələndirirlər.