» » Ərin üzr istəməsi xanımının ömrünü uzadır

Ərin üzr istəməsi xanımının ömrünü uzadır

Ərin üzr istəməsi xanımının ömrünü uzadır

ABŞ alimləri yaşlı cütlüklərin ailə xoşbəxtliyinin səbəblərini təhlil edərək bu qənaətə gəliblər.

Ər-arvad incikliyi stress səviyyəsinə təsir göstərir, arterial təzyiqi, ürək-damar xəstəlikləri riskini artırır. Əgər kişi ömür-gün yoldaşına qarşı diqqətlidirsə, könlünə dəyən kimi dərhal üzr istəyirsə, onun qadınının ömrü uzanır.

Sonxeber.aaz xarici mətbuata istinadən bildirir ki, ABŞ alimləri yaşlı cütlüklərin ailə xoşbəxtliyinin səbəblərini təhlil edərək bu qənaətə gəliblər.

Amerika alimlərinin fikrincə, üzr istəməyi, xanımının əsəblərini qorumağı bacaran kişilər onun ömrünü uzadırlar.

Alimlər onu da müəyyən ediblər ki, kişinin xanımından təqribən 15 yaş böyük olduğu ailələrdə onun ömrü 20 faiz uzanır, qəfil ölüm riski isə orta hesabla beş dəfə azalır.