» » Azərbaycan və İtaliya hərbi sahədə əməkdaşlıq edəcək

Azərbaycan və İtaliya hərbi sahədə əməkdaşlıq edəcək

Azərbaycan və İtaliya hərbi sahədə əməkdaşlıq edəcək

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İtaliya Respublikası Müdafiə Nazirliyi arasında 2016-2017-ci illər üçün ikitərəfli hərbi əməkdaşlıq Planı”na əsasən, noyabrın 22-də Azərbaycanın Müdafiə Nazirliyində hər iki ölkənin Müdafiə nazirliklərinin mülki-hərbi əməkdaşlıq üzrə ekspertləri arasında görüş keçirilib.

Ucarliyiq.biz xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyevin rəhbərliyi ilə keçirilən görüşdə mülki-hərbi əməkdaşlığa dair təcrübə mübadiləsi aparılıb.

Görüşdə, həmçinin Silahlı Qüvvələrdə mülki-hərbi əməkdaşlıq sahəsində qabaqcıl təcrübənin öyrənilməsi məsələləri müzakirə edilib.