» » Misir “erməni soyqırımını” tanıya bilər

Misir “erməni soyqırımını” tanıya bilər

Misir “erməni soyqırımını” tanıya bilər

Misir parlamentinin 300-dən çox deputatı qondarma “erməni soyqırımı” qətnaməsinin layihəsini dəstəkləyib.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə erməni KİV-nin istinad etdiyi "Middle East Confidential” yaxın Şərq nəşri məlumat yayıb. 

Nəşrin məlumatına görə, “1915-ci ildə Osmanlı imperiyasında erməni soyqırımı”nın tanınması və qınanmsına dair təqdim edilən sənədin layihəsi bu ilin sonuna qədər qəbul edilə bilər.  

“Erməni soyqırımının tanınması Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın bu yaxınlarda misir hakimiyyətinin Gülən hərəkatını dəstəklədiyinə dair verdiyi bəyanatlar fonunda daha aktual səslənib. Ərdoğanın bəyanatı noyabrın 11-də “Al-Jazeera” telekanalının efirində göstərilib”, - nəşr yazır. 

Qeyd edilir ki, Misir və Türkiyə hakimiyyəti arasında münasibətlər ən aşağı səviyyədədir: Misir Türkiyəni ikili standartalrda ittiham edir, Türkiyə isə rəsmi Qahirənin ölkədə dövlət çevrilişinə cəhd edən Fətullah Gülənin (FETÖ) hərəkatının üzvlərini dəstəklədiyini hesab edir.