» » Yəmən İrandakı səfirliyini bağlayır

Yəmən İrandakı səfirliyini bağlayır

Yəmən İrandakı səfirliyini bağlayır

Rəsmi Tehranın ölkənin daxili işlərinə qarışmasına etiraz olaraq.

Yəmən rəsmi Tehranın ölkənin daxili işlərinə qarışmasına etiraz olaraq İrandakı səfirliyini bağlayır.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, Yəmən höküməti İranı ölkənin suverenliyini pozmaqda ittiham edib. Ölkə rəhbərliyi rəsmi Tehranı şiə hüsi-üsyançılarına dəstək verməkdə günahlandırıb.

“France-Presse”in məlumatına görə, Yəmən prezident aparatının rəsmisi Əbd Rabbo Mansura Hadi İran səfirinin ölkədən çıxarılması barədə bəyanat verib.

Agentliyin xəbərinə əsasən, hal-hazırda Yəmən paytaxtı Sanada yerləşən İran səfirliyi hüsilərin nəzarəti altındadır.

Yəmən höküməti İranla diplomatik əlaqələri dayandırmaq qərarına gəlib.