» » Türkiyənin Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar dondurulub

Türkiyənin Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar dondurulub

Türkiyənin Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar dondurulub

Avropa Parlamenti Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı 2005-ci il oktyabrın 3-də başlanan müzakirə prosesinin müvəqqəti dondurulması haqqında qərar qəbul edib.

Ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, 479 parlamentar qərarın lehinə səs verib, 107-si bitərəf qalıb, 37-si isə əleyhinə çıxıb.

Qeyd edək ki, Avropa Parlamentinin qərarları tövsiyə xarakterlidir. Türkiyə ilə üzvlük müzakirələri yalnız Avropa İttifaqı Şurasının qərarı ilə dayandırıla bilər.