» » Yıldırım: Türkiyə ordusuna hücum cavabsız qalmayacaq

Yıldırım: Türkiyə ordusuna hücum cavabsız qalmayacaq

Yıldırım: Türkiyə ordusuna hücum cavabsız qalmayacaq

Türkiyənin baş naziri Binəli Yıldırım bəyan edib ki, rəsmi Ankara Suriyanın şimalında Suriya Azad ordusuna dəstək verən Türkiyə hərbçilərinə endirilən aviazərbələri cavabsız qoymayacaq.

Ucarliyiq.biz Anadolu agentliyinə istinadən xəbər verir ki, “Fərat qalxanı” əməliyyatı zamanı üç əsgərin şəhid olmasından danışan baş nazir qeyd edib ki, Türkiyənin regionda keçirdiyi hərbi əməliyyat bəzi qüvvələri narahat edir.

“Əlbəttə ki, bu hücum cavabsız qalmayacaq. Belə hücumların kim tərəfindən təşkil edilməsindən asılı olmayaraq, Türkiyə terrorçuluqla mübarizədə öz mövqeyini dəyişməyəcək”, - Yıldırım bildirib.