» » İsraildə yanğın törətməkdə şübhəli bilinən 12 nəfər saxlanılıb

İsraildə yanğın törətməkdə şübhəli bilinən 12 nəfər saxlanılıb

İsraildə yanğın törətməkdə şübhəli bilinən 12 nəfər saxlanılıb

İsrail polisi ölkənin müxtəlif ərazisində törədilən genişmiqyaslı yanğınlarla əlaqədar 12 şübhəli şəxs saxlayıb.

Ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, polis rəisi İsraildə baş verən yanğınların səbəblərinin araşdırılması üçün xüsusi qruplar yaradılması ilə bağlı göstəriş verib.

İsrailin Baş naziri Binyamin Netanyahu yanğının böyük hissəsinin milli ədavət zəminində törədilməsindən əmin olduğunu bildirib. O, yanğın törədənlərə və terrorçuluğa təhrik edənlərə qarşı tədbirlər görəcəklərini söz verib. Hökumət başçısı cinayətkarların və terrorçuların hərəkətlərinə görə cavab verməli olduqlarını vurğulayıb.

Qeyd edək ki, təbii fəlakətlər bu həftə ərzində ölkənin bir sıra rayonunda baş verib. Föhqəladə Hallar Nazirliyinin əməkdaşları Qüds yaxınlığında yerləşən Nataf qəsəbəsindəki, eləcə də Təl-Əviv və Qüds arasında yerləşən Latrun bölgəsində meşə yanğınları ilə mübarizə aparırlar.

Xatırladaq ki, Azərbaycan yanğının söndürülməsinə kömək etmək üçün İsrailə yanğınsöndürən təyyarə göndərib.