» » Çində kişi dəhrə ilə məktəblilərə hücum etdi

Çində kişi dəhrə ilə məktəblilərə hücum etdi

Çində kişi dəhrə ilə məktəblilərə hücum etdi

Çinin şimali-qərbində dəhrə ilə silahlanmış kişi məktəblilərə hücum edib. Müxtəlif dərəcəli xəsarətlər alan doqquz məktəbli xəstəxanaya yatırılıb. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Çinin Mərkəzi televiziyası (CCTV) məlumat yayıb. 

Hadisə Xançjun şəhərində ibtidai məktəbin yaxınlığında baş verib. 58 yaşlı cinayətkar artıq polis tərəfindən saxlanılıb. 

Hücumun motivləri hələlik bildirilməyib, araşdırma aparılır.