» » ABŞ prezidentliyinə sabiq namizəd səslərin yenidən sayılmasını istəyir

ABŞ prezidentliyinə sabiq namizəd səslərin yenidən sayılmasını istəyir

ABŞ prezidentliyinə sabiq namizəd səslərin yenidən sayılmasını istəyir

ABŞ prezidentliyinə sabiq namizəd Cill Stayn, Viskonsin ştatında səslərin yenidən hesablanmasına dair Seçki komissiyasına petisiya təqdim edib.

Ucarliyiq.biz bu barədə Reutersə istinadən xəbər verir.  

Bu məlumatı Seçki komissiyasının nümayəndəsi Maykl Xaas təsdiq edib. 

“Namizədlərin sorğusu üzrə Komissiya ABŞ prezidinə verilən səsləri bütün ştatlarda yoxlayacaq”, - o, deyib. 

Daha öncə Hillari Klintonun tərəfdarları əsas üç ştatda - Pensilvaniya, Miçiqan və Viskonsində səslərin yenidən sayılmasına çağırırdılar.