» » Tramp Kastronu qəddar diktator adlandırdı

Tramp Kastronu qəddar diktator adlandırdı

Tramp Kastronu qəddar diktator adlandırdı

ABŞ-ın yeni seçilmiş prezidenti Donalt Tramp dünyasını dəyişmiş Kuba inqilabının lideri Fidel Kastronu qəddar diktator adlandırıb və Kubanın rifahına kömək etməyə söz verib, Ucarliyiq.biz RT-yə istinadla xəbər verir.

“Bu gün dünya 60 il müddətində öz xalqını əzən qəddar diktatorun dünyadan getməyini qeyd edir”, - deyə Tramp bildirib.

O, bəyanatında Kubanın totalitar dövlət olaraq qaldığını da qeyd edib. 

Fidel Kastro noyabrın 25-də 90 yaşında dünyasını dəyişib.