» » Ermənistanda zabit əsgəri döyərək öldürüb

Ermənistanda zabit əsgəri döyərək öldürüb

Ermənistanda zabit əsgəri döyərək öldürüb

Vanadzor sakini Xaçik Barseqyan həqiqi hərbi xidmətdə olduğu zaman komandir tərəfindən döyüldükdən sonra vəfat edib.

Ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, bu barədə Epress.am xəbər verir.

2014-cü ilin sonlarında X.Barseqyan həqiqi hərbi xidmətdən qayıdıb, 2016-cı il mart ayının 27-də ayağındakı bədxassəli şişdən vəfat edib.

Ölən gəncin anası Sonik Qazaryanın sözlərinə görə, onun oğlu hərbi xidmətdə olduğu zaman ayağındakı ağrılara görə şikayət edirdi və axsayardı. O qeyd edib ki, ondan oğlunu xidmədən azad etmək üçün 4 min ABŞ dolları tələb ediblər.

S.Qazaryan bildirib ki, oğlu xidmətdən sonra etiraf edib ki, onu batalyon komandiri Viqen Mkrtçyan döyüb. Qadın hərbi komissarlığa şikayət edib, lakin komandir bunu inkar edib və dəlillərin olmadığını deyib. 2015-ci ilin aprel ayında Barseqyanın vəziyyəti kəskin pisləşib, onu Moskvaya aparıblar, orada ona son mərhələ bədxassəli şiş diaqnozu qoyulub.

X.Barseqyan Ermənistana qayıdıb, onun ayağı amputasiya olunub, lakin mart ayında o vəfat edib. S.Qazaryanın sözlərinə görə, oğlu xəstə olarkən, onu əsgər yoldaşları ziyarət edib və X.Barseqyanın komandir tərəfindən döyüldüyünü təsdiq ediblər.

Ermənistanda zabit əsgəri döyərək öldürüb