» » Xalq artistinin arvadı qorxu içərisində: "Allah eləməmiş, ölə bilər..."

Xalq artistinin arvadı qorxu içərisində: "Allah eləməmiş, ölə bilər..."

Xalq artistinin arvadı qorxu içərisində: "Allah eləməmiş, ölə bilər..."

Xalq artisti, tanınmış rejissor Ramiz Əzizbəylinin səhhətində irəliləyiş yoxdur.

Ucarliyiq.biz bildirir ki, bunu Publika.az-a açıqlamasında rejissorun xanımı Zümrüd Əzizbəyli deyib: "Ramizin səhhəti əvvəlki kimidir, müsbətə doğru heç bir irəliləyiş yoxdur. Nə nitqində dəiyşiklik var, nə də hərəkətlərində. Evdən bayra çıxa bilmir, yataq şəraitində olması onu çox darıxdırır. Özü də narahatdır, deyir ki, bəs nə vaxta qədər yorğan-döşəyə məhkum olunacağam. Onun sağalmasının bir yolu var-əməliyyat olunmalı və boyun damarları dəyişilməlidir. Amma şəkər xəstəliyinə görə, həkimlər buna risq etmir. Xarici ölkələrdə də bu əməliyyat mümkündür. Amma çox qorxuruq, Allah eləməmiş, ölümlə nəticələnə bilər".

Z.Əzizbəyli rejissorun sənət dostlarının vaxtaşırı onun ziyarətinə gəldiyini deyib.