» » Putin vəzifəli şəxsləri işdən azad edib

Putin vəzifəli şəxsləri işdən azad edib

Putin vəzifəli şəxsləri işdən azad edib

Rusiya prezidenti Vladimir Putin Prezidentin İşlər İdarəsi, Federal Təhlükəsizlik Xidməti, Müdafiə və Daxili İşlər Nazirliyinin bəzi rəhbər şəxslərini vəzifələrindən azad edib.

Ucarliyiq.biz APA-ya istinadən xəbərverir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Ümumilikdə 4 nəfər vəzifədən uzaqlaşdırılıb.

Bunlar Federal Təhlükəsizlik Xidmətinin qeydiyyat və arxiv fondu idarəsinin rəhbəri Vasili Xristoforov, Prezidentin İşlər İdarəsinin rəhbər müavini Konstantin Kotenko, Müdafiə Nazirliyinin hərbi-tibbi idarəsinin rəisi Aleksandr Fisun və daxili işlər nazirinin müavini, istintaq departamentinin rəisi Aleksandr Savenkodur.

Bildirilir ki, yaş həddi ilə əlaqədar vəzifədən azad olunan V. Xristoforov istisna olmaqla, digər 3 nəfər öz istəyi ilə istefaya çıxıb. Kadr islahatları həmin şəxslərin Rusiya Elmlər Akademiyasına üzv seçilmələri ilə bağlıdır. Xatırladaq ki, noyabrın 23-də V. Putin Elm və Təhsil Şurasının yığıncağında bəzi yüksək vəzifəli dövlət məmurlarının Rusiya Elmlər Akademiyasına üzv olduqlarını öyrənib. O deyib ki, həmin şəxslərin elmlə məşğul olmasına şərait yaradacaq.