» » Bəşər Əsəd istefa verməyə hazır olduğunu bildirdi

Bəşər Əsəd istefa verməyə hazır olduğunu bildirdi

Bəşər Əsəd istefa verməyə hazır olduğunu bildirdi

“Əgər mənim istefam problemin həllidirsə, mən şübhəsiz bunu edəcəyəm”.

Suriya prezidenti Bəşər Əsəd İranın Khabar TV telekanalına müsahibəsində onun istefası ölkədəki vəziyyəti sabitləşdirəyi təqdirdə bunu etməyə hazır olduğunu bildirib.

Bu barədə ucarliyiq.biz xəbər verir.

“Bu qərarı Suriya xalqı verməlidir. Mən müxalifətə üz tuturam — əgər siz bu qərarı düzgün hesab edirsinizsə niyə Suriya xalqını razı sala bilmirsiniz? Müvafiq dövlət institutlarına müraciət edin, seçkilər keçirilsin və xalq kimin prezident olmağa layiq görsə, o da seçilsin”, - Bəşər Əsəd deyib.

“Mən bir daha deyirəm, əgər mənim istefam problemin həllidirsə, mən şübhəsiz bunu edəcəyəm”, - Suriya prezidenti qeyd edib.