» » Yanukoviç “Maydan” qurbanlarının ailələrindən üzr istədi

Yanukoviç “Maydan” qurbanlarının ailələrindən üzr istədi

Yanukoviç “Maydan” qurbanlarının ailələrindən üzr istədi

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç 2014-cü ilin qış aylarında Kiyevdə baş verən etiraz aksiyaları zamanı həlak olanların ailələrindən üzr istəyib.

Ucarliyiq.biz-ın məlumatına görə, bu barədə bazar ertəsi, noyabrın 28-də, strana.ua nəşri yazır.

“Mən bu hadisələr zamanı həlak olmuş insanların ailələri və yaxınlarına müraciət edirəm. Mən sizdən üzr istəiyəm. Bu faciənin baş verməməsi üçün əlimdən gələn hər  şeyi etmişəm”, - Yanukoviç bəyan edib.

Sabiq prezident əlavə edib ki, “Maydan”da baş verənlərə görə siyasi məsuliyyəti etirazçıların liderləri daşıyır. 

“Bu hadisələr hakimiyyəti ələ keçirən “Maydan” liderlərinin xeyrinə oldu. Mən və mənim komandam qan tökülməsinin qarşısını almaq üçün əlimizdən gələni etdik”, - Yanukoviç qeyd edib.