» » İŞİD İraqda 56% ərazisini itirib

İŞİD İraqda 56% ərazisini itirib

İŞİD İraqda 56% ərazisini itirib

İŞİD terror təşkilatı İraqda nəzarəti altında saxladığı ərazinin 56%-ni itirib.

Ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.

“İraqda terrorçular nəzarəti altında saxladıqları ərazinin 56%-i, Suriyada isə təxminən 27%-i itiriblər”, - məlumatda qeyd edilir.

Oktyabrın 17-dən Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyatda minə yaxın İŞİD silahlısı məhv edilib.

Xatırladaq ki, 2014-cü ildə İŞİD silahlıları İraq ərazilərinin 1/3 hissəsini, o cümlədən Mosul şəhərini ələ keçirmişdilər.