» » İranda İŞİD komandiri öldürülüb

İranda İŞİD komandiri öldürülüb

İranda İŞİD komandiri öldürülüb

İranda İŞİD komandirlərindən biri öldürülüb.

Ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, bunu İranın təhlükəsizlik naziri Mahmud Ələvi deyib.

M. Ələvi bildirib ki, Əbu Aişə Kürdi adlı şəxs təxribat törətmək məqsədi ilə ölkəyə girmək istəyib, lakin xüsusi xidmət orqanlarının həyata keçirdiyi əməliyyat zamanı zərərsizləşdirilib.

Nazir terrorçu qruplaşma üzvlərinin aşkara çıxarılmasının çətin olmasına rəğmən, müvafiq strukturların bu işin öhdəsindən gəldiyini, kamikadzelərin müəyyənləşdirildiyini və partlayıcı qurğuların aşkarlanaraq zərərsizləşdirildiyini bildirib.