» » İraq ABŞ-a İŞİD-ə qarşı mübarizənin əvəzini neftlə ödəməyəcək

İraq ABŞ-a İŞİD-ə qarşı mübarizənin əvəzini neftlə ödəməyəcək

İraq ABŞ-a İŞİD-ə qarşı mübarizənin əvəzini neftlə ödəməyəcək

“Terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə yardım etdiyinə görə ABŞ-a İraq nefti ilə ödəniş edilməyəcək”.

Ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, bunu İraqın baş naziri Heydər əl-İbadi bildirib.

Hökumət başçısı ABŞ-ın yeni seçilən prezidenti Donald Trampdan terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə aparmaq üçün maddi-texniki dəstəyin artırılmasını gözlədiklərini söyləyib.

O, ABŞ-ın yeni seçilən lideri ilə telefonla danışdığını da vurğulayıb.

Məlumata görə, Donald Tramp prezident seçkisi qabağı təbliğat kampaniyası zamanı ABŞ-ın İŞİD-ə qarşı mübarizədə İraqa yardımının əvəzini rəsmi Bağdadın neftlə ödəyəcəyini söyləyib.