» » KİV: 3 min yaraqlı qorxudan qaçdı

KİV: 3 min yaraqlı qorxudan qaçdı

KİV: 3 min yaraqlı qorxudan qaçdı

Döyüş zamanı 160 yaraqlı məhv edilib.

“İslam dövləti”, “Cəbhət ən-Nüsrə” və “Ceyş əl-Yarmuk” qruplaşmalarının üç mindən artıq yaraqlısı Suriyadan İordaniyaya qaçıb, onlar prezident Bəşər Əsədin ordusunun hücumundan və Rusiya aviasiyasının zərbələrindən qorxublar.

ucarliyiq.biz xəbər verir ki, bu barədə RİA Novosti hərbi mənbəyə istinadən bildirib.

Mənbənin sözlərinə görə, Suriya ordusu oktyabrın 4-də terrorçuların Dəməşq ətrafında, antik şəhər Palmir də daxil olmaqla, eləcə də Deyr-ez-Zor və Homsda yerləşən mövqelərinə zərbələr endirib. Deyr-ez-Zorda hərbçilər İŞİD yaraqlılarını bir sıra yaşayış məntəqələrindən qovmağa çalışıblar. Döyüş zamanı 160 yaraqlı məhv edilib. Terrorçular üç ZPM (zirehli piyada maşını) partladıblar, yaralananlar arasında suriyalı hərbçilər də var.

Mənbənin sözlərinə görə, hərbçilər Palmir yaxınlığında islamçıları məhv ediblər. Homs vilayətində artilleriya zərbələri nəticəsində 17 İŞİD yaraqlısı məhv edilib. Həmin əyalətdə Suriya aviasiyası “Cəbhət ən-Nüsra”, “Qataib əl-Fəruk” və “Əhrar əş-Şam” mövqelərinə zərbələr endirib.