» » Atambayev: Rusiya hərbi bazası Qırğızıstandan çıxarılmalıdır

Atambayev: Rusiya hərbi bazası Qırğızıstandan çıxarılmalıdır

Atambayev: Rusiya hərbi bazası Qırğızıstandan çıxarılmalıdır

Qırğızıstan prezidenti Almazbek Atambayev Rusiya hərbi bazasının ölkə ərazisindən çıxmalı olduğunu bəyan edib.

Ucarliyiq.biz APA-ya istinadən verdiyi məlumata görə, A. Atambayev bildirib ki, Rusiya Qırğızıstanın strateji tərəfdaşı qalacaq, lakin hərbi planda ölkə öz qüvvələrinə söykənməlidir.

“Ola bilsin ki, bu, kiməsə xoş gəlməyə bilər. Lakin mən bu fikri Rusiya prezidentinin diqqətinə çatdırdım və o məni başa düşdü”, - deyə o ilin yekunlarına həsr olunmuş brifinqdə söyləyib.

A. Atambayev qeyd edib ki, müqavilə müddəti bitdikdən sonra Rusiya öz bazasını Qırğızıstan ərazisindən çıxarmalıdır.