» » Avstriyada kütləvi qətliam

Avstriyada kütləvi qətliam

Avstriyada kütləvi qətliam

Avstriyanın şimal-qərbində, Behaymkirhen şəhəriciyində şəxsi evdə altı nəfərin meyiti tapılıb.

Ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə yerli Kleine Zeitung nəşri məlumat yayıb.

Ölənlərin hamısı bir ailənin üzvü olub: yaşlı qadın, onun oğlu və qızı, həmçinin sonuncunun üç uşağı. Azyaşlı qurbanların 7-10 yaş arasında olduqları bildirilir. İlkin məlumata əsasən, uşaqların anası əvvəlcə bütün ailə üzvlərini güllələyib, sonra isə intihar edib.

Cinayətin motivləri barədə məlumat verilmir.

Qeyd olunur ki, ailə 20 ildən çox müddətdir ki bu evdə yaşayırdı.