» » Tacikistanlı Fərrux: İŞİD yaraqlıları bir neçə azərbaycanlının başını kəsdilər

Tacikistanlı Fərrux: İŞİD yaraqlıları bir neçə azərbaycanlının başını kəsdilər

Tacikistanlı Fərrux: İŞİD yaraqlıları bir neçə azərbaycanlının başını kəsdilər

“Cəlladlar onları “həvaricilər” adlandırırlar”.

Tacikistanın Xucan vilayətindən olan 25 yaşlı gənc oğlan Fərrux Şərifov yaraqlı kimi Suriyada olmağından və möcüzə nəticəsində vətənə qayıtmağından danışıb.

ucarliyiq.biz Azadlıq radiosuna istinadən xəbər verir ki, onun sözlərinə görə, o Yaxın Şərqə ailəsi dağıldıqdan sonra getməyi qərara alıb.

Rusiyada qadağan edilmiş “İslam dövləti” (İŞİD) qruplaşmasına qoşulmaqda ona Moskvadan bir qız yardım edib, o, Rusiya paytaxtından Türkiyəyə, oradan isə Suriyaya keçib.

Orada gənc adamı Rakka şəhərində yerləşdiriblər, o, otuza yaxın könüllü ilə bərabər yaşayıb, könüllülərin arasında daha bir tacik və dağıstanlı olub.

Tacikistanlı Fərrux: İŞİD yaraqlıları bir neçə azərbaycanlının başını kəsdilər

Şərifov Suriyada uzun müddət olmayıb. Bir neçə aydan sonra gördükləri onu qəlbinin dərinliklərinə qədər sarsıdıb, əsasən də İŞİD yaraqlılarının insanları məhkəməsiz edam etmələri ona təsir edib.

O, bir dəfə yaraqlıların onun gözü qarşısında Azərbaycandan “iman uğrunda vuruşmağa gələn” bir neçə kişinin başını kəsdiklərindən danışıb.

Cəlladlar onları “həvaricilər” adlandırırdılar, yəni imandan geri çəkilənlər.

Şifahi bir söz sübutsuz, dəlilsiz edam edilməyə yetirdi: insanı dini təhqir etməkdə, və ya kürdlərin xeyrinə casusluq etməkdə ittiham edə bilərdilər, bu, insanların dərhal edam edilməsi üçün yetərli olurdu, deyə, gənc bildirib.

“Onları maskalı avtomatçılar aparırdılar, sonra isə onların harda olduqlarını heç kim bilmirdi”, - Şərifov danışıb.

O, həmçinin islamçıların seksual kənizləri olduğunu bildirib, ekstremistlər qadınlardan kəniz kimi istifadə edirlər.

“Bezdikləri qadınları isə “qardaşlarına” hədiyyə verirlər. Cihadçıların arvadları dul qaldıqları zaman digər yaraqlılara məxsus olurlar”, - Şərifov danışıb.

Gördüklərindən məyus və şok olan gənc adam bir ay sonra Suriyadan qaçmaq qərarına gəlir. Amma bunu etmək yetərincə problemlidir: əgər ələ keçsəydi həyatı ilə cavab verməli olacaqdı. Onun bəxti gətirdi, çünki ərəblərin birindən Türkiyəyə təhlükəsiz yol ilə getmək üçün xəritə əldə etdi və Suriyanı tərk etdi. Şərifov ilə Türkiyədə əlaqə qura bilən Tacikistan hakimiyyəti onun evə gəlməsinə yardım edib, daha sonra isə əfv ediblər.  

“Bizi orada heç kim gözləmir”.

Adını açıqlamaq istəməyən qazaxıstanlı gənc Suriyaya müsəlman bir imamın təsiri ilə gedib, o həmin imamla oxuduğu ərəb ölkələrinin birində ünsiyyət qurub. Onun sözlərinə görə, ruhani ona və dostlarına kafirlərə qarşı mübarizənin “mühüm missiyasından” və “İslam dövləti”nin yaradılmasından danışırdı. Nəticədə gənc adam dostları ilə Suriyaya yola düşmək qərarına gəlir.

Ölkəyə gəldikdən sonra onları fəal şəkildə hərbi əməliyyatlara hazırlamağa başlayırlar.

“Bizi təlim bazasına apardılar, orada silahdan istifadəni öyrətdilər, təlimçilər avropalılar və amerikalılar idilər”, - gənc xatırlayır.

O, tezliklə hakimiyyət qoşunları ilə qarşıdurmalarda iştirak etməyə başlayır, hətta insan oğurlanmasında da iştirak edir.

Ərəblər ona və onun dostlarına pis münasibət bəsləyirdilər, onları “çinlilər” adlandırırdılar, və ən çətin tapşırıqlara göndərməyə çalışırdılar.

“Hərdən qardaşların izsiz itdikləri də olurdu, əmirlərimiz isə onların öldüklərini və yaxud da Homs və Quta kimi Suriyanın digər regionlarına getdiklərini söyləyirdilər”, - o bildirib. Sonra isə tanışlarının heç bir yerə getmədiyini, qul kimi satıldıqlarını öyrənirdi.

“Köçkünü sataraq yerli sakinlər öz uşaqlarına toy edə, və ya maşın ala bilərdilər”, - qazaxıstanlı qəzəblə bildirib.

Gənc iddia edir ki, bir müddət sonra ağlı başına gəlib və KİV-in yardımı ilə ekstremistlərin yanına getməyə hazırlaşanlara müraciət etmək qərarına gəlib. O, Suriyada baş verənləri “qarışıqlıq və xəyanət” kimi xarakterizə edib, yaraqlıları isə kinli və insanlara qarşı rəhmi olmayan, mürəkkəb münasibətləri olan insanlar adlandırıb.

“Biz elə bilirdik ki, yerli əhalini: qocaları, uşaqları, qadınları müdafiə edəcəyik, amma özümüz qurban olduq. Bizi orada heç kim gözləmir. Bu gün mən etiraf edirəm ki, çox möhkəm yanılırdım”, - o, öz söhbətini yekunlaşdırıb.