» » Rusiya qoşunlarını Suriyada “Krasuxa” qoruyur – VİDEO

Rusiya qoşunlarını Suriyada “Krasuxa” qoruyur – VİDEO

Rusiya qoşunlarını Suriyada “Krasuxa” qoruyur – VİDEO

Xarakterik antena qurğuları olan maşın görünür.

Rusiya hərbçiləri Suriyada təyinatı aviasiya radarlarını məhv etmək və pilotsuz aparatlara müqavimət olan “Krasuxa-4” radioelektron mübarizə komplekslərini yerləşdiriblər.

ucarliyiq.biz xəbər verir ki, bu, “Zvezda” teleradio şirkətinin saytında yerləşdirilmiş videoyazıdan görünür.

Suriyanın Hmeyim aerodromunda hərbi tapşırıqdan dönən Rusiyanın hücum təyyarəsi Su-25-in enməsinin əks olunduğu videoyazıda arxa planda (00:06 saniyədə) xarakterik antena qurğuları olan maşın görünür.

Müqayisələr bunun 1RL257 “Krasuxa-4” olduğunu göstərir. Bu sistemlər KRET konsernində hazırlanıb, Bryansk elektromexaniki zavodda istehsal edilir.

“Krasuxa”lar geniş diapazonlu maneə stansiyalarıdır, və təyinatı aviasiya radarlarını məhv etmək və pilotsuz aparatlara müqavimətdir.