» » World of Warcraft yeniyetməni qatilə çevirdi

World of Warcraft yeniyetməni qatilə çevirdi

World of Warcraft yeniyetməni qatilə çevirdi

Yeniyetməyə World of Warcraft oynamağı qadağan ediblər.

Çelyabinsk vilayətinin Miass şəhərində bıçaq ilə atasını yaralayan və anasını öldürən 15 yaşlı yeniyetməyə qarşı cinayət işi açılıb.

ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə məlumat Rusiyanın İstintaq Komitəsinin vilayət idarəsinin saytında yerləşdirilib.

“Həbs-qətimkan tədbiri seçilməsi və ittihamın irəli sürülməsi məsələsinə baxılır”, - press-relizdə bildirilib.

Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci bəndi üzrə (Qətl) cinayət işi açılıb.

İstintaq komitəsinin məlumatına əsasən, cinayətə səbəb ailə-məişət zəminində yaranmış mübahisə olub.

LifeNews telekanalının məlumatına əsasən, yeniyetmə məktəbdə dərslərindən iki alıb. Bunun üçün valideynləri ona onlayn-oyun World of Warcraft oynamağı qadağan ediblər.

Həmişə mülayim davranışı və yaxşı qiymətləri ilə fərqlənən oğlan bundan qəzəblənərək bıçağı götürüb bir neçə dəfə anasına və atasına bıçaq zərbələri vurub.

Törətdiyi əməldən sonra o, gölün sahilinə gedib, onun orada intihar etmək istədiyi ehtimal edilir. Polislər geyimi qan içində olan oğlanı göl qırağında saxlayıblar.