» » Azərbaycanlı cütlük Ukraynada kamekadzeni “verbovka” etdi

Azərbaycanlı cütlük Ukraynada kamekadzeni “verbovka” etdi

Azərbaycanlı cütlük Ukraynada kamekadzeni “verbovka” etdi

Həlak olanın 23 yaşı var idi.

Gənc adam “İslam Dövləti” (İŞİD) qruplaşmasına Ukraynadakı təlimatçılarla ünsiyyətdən sonra qoşulub, ucarliyiq.biz Al Jazeera-ya istinadən xəbər verir.

Həlak olan terrorçunun atası İordaniya parlamentinin üzvü Mazen Dalainin mətbuata verdiyi məlumata əsasən, onun oğlu Mohammed Xarkovda universitetdə təhsil alarkən azərbaycanlı cütlüyün təsiri altına düşüb. Bu cütlük fəal şəkildə müsəlman tələbələri “verbovka” edərək, onları Suriya və İraqda “İslam dövləti”nin sıralarına daxil olmaq üçün təbliğat aparırdılar.

Beləliklə də, azərbaycanlı cütlük – İbrahim adlı kişi və Sumayə adlı qadın müsəlman terror təşkilatlarında iştirak etmək üçün kişi və qadınları yığırdılar. Mohammed və onun arvadı Çeçenistan və Tunisdən olan cütlüklərlə İŞİD-ə qoşulublar.

Həlak olan kamekadzenin 23 yaşı var idi, o, tibb universitetində üçüncü kursda oxuyurdu. Mohammedin arvadı islamı qəbul etmiş ukraynalı idi. Onlar yayda bərabər Türkiyəyə yola düşüblər, oradan isə İraqa gediblər. Keçən həftə iordaniyalı özünü partladıb.

Onun atası iddia edir ki, “İslam dövləti”nin bütün dünyada təbliğat üzrə şaxəli şəbəkəsi fəaliyyət göstərir. Onlar gənc müsəlmanları terror təşkilatının sıralarına cəlb edirlər.

Xarkovda müsəlman tələbələrin cəmiyyətinin rəhbəri, öz növbəsində həlak olanda bu günlərə qədər ekstremist əhval-ruhiyyəsini müşahidə etmədiyini bildirib. Onun sözlərinə görə, daha bir iordaniyalı ukraynalı arvadı ilə İŞİD-ə qoşulub. Xarkovda ümumilikdə 1,5 min iordaniyalı yaşayır.