» » Yəmənin vitse-prezidentinin oteli qumbaraatanlardan atəşə tutulub

Yəmənin vitse-prezidentinin oteli qumbaraatanlardan atəşə tutulub

Yəmənin vitse-prezidentinin oteli qumbaraatanlardan atəşə tutulub

Zərərçəkənlər haqqında heç bir məlumat yoxdur.

Yəmənin tanınmış hakimiyyətinin vitse-prezidentinin yaşadığı Adendəki otel qumbaraatandan atəşə tutulub, “Əl Ərəbiyə” telekanalı Twitter-də bildirib.  

ucarliyiq.biz xəbər verir ki, zərərçəkənlər haqqında heç bir məlumat yoxdur. Hücum zamanı vitse-prezidentin oteldə olub-olmaması da məlum deyil.

Reuters-in məlumatına əsasən, husitlərin ölkədən qovulduğu və hakimiyyətin geri qayıtdığı dövrdən bəri Qasr oteli hakimiyyətin bazasına çevrilib.

Baş nazir və nazirlər Yəmənə Səudiyyə Ərəbistanından sentyabrın ortasında qayıdıblar. Bir neçə gündən sonra prezident Abed Rabbo Mansur Hadidə onlara qoşulub.