» » Rusiya səfiri ikinci dəfə Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı

Rusiya səfiri ikinci dəfə Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı

Rusiya səfiri ikinci dəfə Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı

İzahat üçün.

Türkiyənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Rusiya hərbi təyyarələrinin Türkiyənin hava məkanını pozduğunu bəyan edib. ucarliyiq.biz Reyter-ə istinadən xəbər verir ki, son üç gündə bu, ikinci dəfədir ki, baş verir.

Ankara Agentliyinin məlumatına əsasən, Moskva səfirini izahat üçün çağırıblar.

Türkiyənin Xarici İşlər Nazirliyi daha öncə Rusiya hərbi təyyarəsinin şənbə günü Türkiyənin Suriya tərəfdən Hatay əyalətində Yayladağı rayonu ərazisində hava məkanını pozduğunu bildirmişdi.  

Türkiyədəki Rusiya səfirliyinin press-attaşesi İqor Mityakovun sözlərinə görə, Moskvada Türkiyə səfirliyinə bu hadisə ilə əlaqədar lazımi izahat verilib.

Türkiyənin baş naziri Əhməd Davudoğlu öz növbəsində hadisənin ölkələr arasında gərginliyə səbəb olmayacağını bildirib. Onun sözlərinə görə, Moskva Ankaraya Rusiya Federasiyası hərbi təyyarələrinin Türkiyənin hava məkanını yanlışlıqla pozduğunu bildirib və belə hadisələrin bir daha təkrarlanmayacağına əmin edib.

Daha öncə Türkiyənin baş qərargahının məlumatında MiQ-29 qırıcısının iki F-16 təyyarəsi ilə Türkiyə-Suriya sərhəddində təqib edildiyi bildirilib.

RF-nın rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, Rusiya aviaqrupuna bunun heç bir aidiyyatı yoxdur. O, “Hmeymim” aviabazasında bu qəbildən olan təyyarələrin olmadığını vurğulayıb.