» » İxtisarlardan qəzəblənmiş kütlə Air France rəhbərlərinin geyimini cırdı

İxtisarlardan qəzəblənmiş kütlə Air France rəhbərlərinin geyimini cırdı

İxtisarlardan qəzəblənmiş kütlə Air France rəhbərlərinin geyimini cırdı

Müdirlər etiraz edənlərin əlindən hasardan qaçmalı olublar.

Air France aviaşirkətinin rəhbərləri onların geyimlərini cıran qəzəblənmiş kütlənin əlindən güclə qaçıblar, Associated Press bildirib.

ucarliyiq.biz xəbər verir ki, Air France-in əmək həmkarları ittifaqının bir neçə yüz fəalı aviaşirkətin Parisdəki baş ofisinə soxularaq, iclas edən şirkətin rəhbərlərinə hücum ediblər.

Şirkətin 2900 iş yerini ixtisar etdiyi məlumdur.

Le Figaro qəzetinin verdiyi məlumata əsasən, kütlə Air France-in baş direktorunun və personal üzrə direktorun geyimini cırıb. Onlar qəzəblənmiş kütlənin əlindən hasardan qaçmalı olublar.

Həmkarlar təşkilatının liderləri Air France-in əməkdaşlarını ümumi etiraza çağırıblar.

Xatırladaq ki, etirazlar pilotların eyni maaşa daha çox saat işləməkdən imtina etdikdən sonra başlayıb.