» » Amerikalı gənc öz sevgisini Facebookda baş verən səhv nəticəsində tapıb

Amerikalı gənc öz sevgisini Facebookda baş verən səhv nəticəsində tapıb

Amerikalı gənc öz sevgisini Facebookda baş verən səhv nəticəsində tapıb

Cütlük sonradan ailə həyatı qurub.

Səhvən tanımadığı qızın Facebook səhifəsinə girən amerikalı gənc sonda onunla evlənib.

Bu barədə ucarliyiq.biz The Sun-a istinadən xəbər verir.

Şuler Benson 2009-cu ildə öz Facebook səhifəsinə mobil telefon vasitəsi ilə daxil olmaq istəyib. 

Lakin proqramda baş verən səhvə görə, o sosial şəbəkəyə Selesti Zendler istifadəçisi kimi daxil olub. Təəccüblənən gənc qızın səhifəsində onun kim olduğunu soruşub.

Benson qızın səhifəsindən çıxıb, öz səhifəsinə girəndə isə Zendlerdən dostluq təklifinin gəldiyini görüb.

Sosial şəbəkədə dostlaşan cütlük, 2013-cü ilin iyun ayında ilk dəfə real həyatda görüşüblər.

Həmin ilin sonunda gənclər bir yerdə yaşamağa başlayıblar, sonra isə Cənubi Karolinaya köçərək orada ailə həyatı qurublar.

Amerikalı gəncin sözlərinə görə “o ən yaxın dostunu, ən sevdiyi insanı sadəcə sosial şəbəkədə baş verən bir səhv nəticəsində tapıb”.