» » ABŞ nümayəndəsi: Rusiya prezidenti Bəşər Əsəd getməlidir

ABŞ nümayəndəsi: Rusiya prezidenti Bəşər Əsəd getməlidir

ABŞ nümayəndəsi: Rusiya prezidenti Bəşər Əsəd getməlidir

“Mən nə dedim ki?”.

Dövlət Departamentində səhvən Rusiyada hakimiyyət dəyişikliyi olmasını bildiriblər.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi jurnalistlər üçün gündəlik brifinqdə Rusiya ilə Suriyanı səhv salıb. 

“İŞİD-ə qarşı hərbi əməliyyatlar davam edir və səngiməyəcək. Amma əsas olan Rusiyada hakimiyyət dəyişikliyi olmasıdır, Əsəd hakimiyyəti tərk etməlidir”. 

Jurnalistin təəccübünə Kirbi “Mən nə dedim ki?” sualı ilə reaksiya verib. Anlaşılmazlığa aydınlıq gətirildikdən sonra Kirbi gülümsəyərək, bunun sadəcə yanlışlıq olduğunu qeyd etməyi xahiş edib.