» » Ermənistanda konstitusiya referendumu keçiriləcək

Ermənistanda konstitusiya referendumu keçiriləcək

Ermənistanda konstitusiya referendumu keçiriləcək

Sarkisyan fərman imzalayıb.

Ermənistan prezidenti Serj Sarkisyan ölkədə konstitusiya referendumu keçirilməsi barədə fərman imzalayıb.

Bu barədə ucarliyiq.biz Ermənistan prezidentinin mətbuat xidmətinə istinadən məlumat verir.

Ermənistan parlamenti ölkənin parlament idarəetmə sisteminə keçidini səs çoxluğu ilə dəstəkləyib.

Layihəyə əsasən, Ermənistan prezidenti bundan sonra 7 il müddətinə (hal-hazırda bu müddət 5 ildir) və deputat və yerli hakimiyyət orqanlarının nümayəndələri tərəfindən seçiləcək (hal-hazırda xalq tərəfindən seçilir).

Ermənistan prezidenti heç bir partiyanın üzvü ola bilməz və bir dəfədən çox seçilə bilməz.