» » ABŞ müdafiə naziri: Rusiya böyük itkilər verəcək

ABŞ müdafiə naziri: Rusiya böyük itkilər verəcək

ABŞ müdafiə naziri: Rusiya böyük itkilər verəcək

“Rusiya sözdə bir, əməldə başqa niyyətdədir”.

ABŞ müdafiə naziri Eşton Katçer Rusiyanın Suriya münaqişəsində xeyli itkilər verəcəyini bildirib.

ucarliyiq.biz-ın Associated Press-ə istinadən məlumatına görə, belə bir bəyanatla E.Katçer Brüsseldə mətbuat konfransında çıxış edib.

“Rusiyanın Suriyadakı fəaliyyəti ilk növbədə özü üçün pis nəticələnəcək", - ABŞ Müdafiə naziri jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, RF hərbçilərinin tezliklə itki verəcəyinə və ölkədə terror aktlarının törədiləciyənə təəccüblənməyəcək.

Pentaqon rəhbəri həmçinin qeyd edib ki, rəsmi Vaşinqton Moskva ilə yalnız Rusiya öz strateqiyasını dəyişəcəyi təqdirdə əməkdaşlıq edəcək.

Onun sözlərinə görə, Rusiya öz müttəfiqi Bəşər Əsədə kömək edir, lakin münaqişənin həllində Qərblə əməkdaşlıq etmir və İŞİD terror qruplaşmasına aid olmayan hədəflərə hava zərbələri endirir.  

“Mənim fikrimcə, açıq aydındır ki, Rusiya Suriya münaqişəsində sözdə bir, əməldə başqa niyyətdədir”,- nazir yekunlaşdırıb.