» » Kim Çen Inın bacısı daha onun təhlükəsizliyinə cavabdeh olmayacaq

Kim Çen Inın bacısı daha onun təhlükəsizliyinə cavabdeh olmayacaq

Kim Çen Inın bacısı daha onun təhlükəsizliyinə cavabdeh olmayacaq

O, Kim Çen Inın xarici görünüşü üçün də cavabdeh idi.

KXDR lideri Kim Çen In öz kiçik bacısı Kim Yo Çjonu şəxsi təhlükəsizlik xidmətindən bir sıra hadisələrə görə işdən çıxarıb.

ucarliyiq.biz bu barədə The Telegraph-a istinadən xəbər verir.

Açıq mənbələrin məlumatına görə, Inın bacısı 2013-cü ildən Koreyanın Əmək partiyasının protokol xidmətinin rəhbəri təyin edilib. Bundan başqa, Şimali Koreya lideri onu özünün əsas siyasi müşaviri də təyin edib.

Nəşrin verdiyi məlumata görə, Kim Yo Çjon Kim Çen Inın xarici görünüşü ilə yanaşı təhlükəsizliyi üçün də cavabdeh idi.

Bacısından narazıçılığı bir sıra hadisələrdən sonra yaranıb: gənclərin tədbirində mühafizə təhlükəsiz sədd yaradana qədər kütlə Kim Çen Inın yanına keçə bilib.

Bundan başqa, kolxozlardan birinə səfər zamanı liderin gəlişi ilə əlaqədar qarşılama tədbirində musiqiçilər olub. Həyəcanlanmış musiqiçilərdən birinin əlindəki gitara az qala təsadüfən Inın üzünə dəyəcəkmiş.