» » Ölmək üçün ən yaxşı ölkələrin adları açıqlandı - SİYAHI

Ölmək üçün ən yaxşı ölkələrin adları açıqlandı - SİYAHI

Ölmək üçün ən yaxşı ölkələrin adları açıqlandı - SİYAHI

Ümumilikdə siyahıya 80 dövlət daxil edilib.

Böyük Britaniya ölmək üçün ən yaxşı şəraiti olan ölkələrin reytinqində ilk pillədə qəraralaşıb. Reytinq Britaniyanın Economist Intelligence Unit (EIU) şirkəti tərəfindən tərtib edilib.

ucarliyiq.biz-ın Huffington Post-a istinadən məlumatına görə, söhbət yaşlılar üçün qayğı səviyyəsi gedir.

Ümumilikdə siyahıya 80 dövlət daxil edilib. Reytinqin müəllifləri 5 amili nəzərə alıblar — tibbi yardım xidmətinin mövcudluğu və keyfiyyəti, palliativ qulluq (həyatı təhlükə qarşısında olan xəstələr və onların ailələrinin yaşam keyfiyyətini yaxşılaşdırmağa yönəldilmiş yanaşma) və digər amillər.

Reytinqin ilk pillələrində Avropa, Şimali Amerika və Asiya-Sakit okeanı regionunun ölkələri qərarlaşıblar.

İlk beşliyə Avstraliya, Yeni Zellandiya, İrlandiya və Belçika kimi ölkələr daxil olublar. 

Tədqiqatçılar qeyd ediblər ki, mütəxəsislər tibbi yardım xidmətinin inkişafına diqqət yetirməli və qabaqcıl palliativ qulluq sistemləri yaratmalıdırlar.