» » Türkiyə Rusiyanı danışıqlara dəvət etdi

Türkiyə Rusiyanı danışıqlara dəvət etdi

Türkiyə Rusiyanı danışıqlara dəvət etdi

“Rusiya tərəfindən cavab hələ alınmayıb”.

Ankara Rusiya nümayəndələrini hava məkanında baş vermiş hadisələrlə bağlı hərbi mütəxəssislərlə danışıqlara dəvət edib.  

ucarliyiq.biz-ın məlumatına görə, bu barədə RİA “Novosti” Türkiyə XİN-nin mətbuat katibi Tanj Bilgiçə istinadən xəbər verir.

“Biz Rusiyaya hərbi heyət üçün Ankaraya səfərə dəvət göndərmişik. Rusiya tərəfindən cavab hələ alınmayıb”, - Bilgiç bildirib.

Rusiyanın Türkiyədəki səfirinə avia-hadisələrin qarşısını almaq üçün Rusiya-Türkiyə danışıqları keçirmək təklifi göndərilib.

Daha öncə Türkiyə XİN Rusiya səfirini Rusiya hərbi aviasiyası tərəfindən Türkiyənin hava məkanının pozulmasına etirazını bildirmək üçün çağırmışdı.