» » Hələbdə İran generalı öldürüldü

Hələbdə İran generalı öldürüldü

Hələbdə İran generalı öldürüldü

“İran inqilabının sərkərdəsi dünən gecə ölüb”.

İran generalı Suriyanın şimalında hərbi əməliyyatlar zamanı öldürülüb, RİA Novosti İranın Farsnews agentliyinə istinadən məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, general-mayor Huseyn Hamdani Hələbdə öldürülüb.

“General-mayor, İran inqilabının sərkərdəsi Huseyn Hamdani dünən gecə Suriyanın şimalında Hələb şəhərinin kənarında öldürülüb”, - agentlik yazır.

Daha öncə İranın xarici işlər naziri Mohammad Cavad Zərif Suriyada yalnız İran hərbi müşavirlərinin olduğunu bildirmişdi.