» » Rusiyada baş verən yanğında yeddi uşaq ölüb

Rusiyada baş verən yanğında yeddi uşaq ölüb

Rusiyada baş verən yanğında yeddi uşaq ölüb

Uşaqları xilas etmək mümkün olmayıb.

Kubanda hüquq-mühafizə orqanı əməkdaşları şəxsi evdə yaranan yanğının səbəbini araşdırırlar. Yanğın nəticəsində bir yaşından on yaşına qədər yeddi uşaq ölüb.

ucarliyiq.biz-ın məlumatına görə, bu barədə TASS region üzrə Rusiya Federasiyası İstintaq Komissiyasının İstintaq idarəsinə istinadən xəbər verir.

“İstintaqın versiyasına görə Xolnsk stansiyasında yanğın baş verən evdə iki böyük və beş uşaqdan ibarət ailə yaşayıb. Hadisə baş verən gün tanışları onlara öz uşaqları ilə bərabər qonaq gəlib. Evin yandığını görən şahidlər yanğınsöndürən və təcili tibbi yardım çağırıblar. Bununla yanaşı ailə ilə qohum olan şəxs evdə olan uşaqları çıxarmağa çalışıb, bu zaman yanıq yaraları alıb”, - İK-dən bildiriblər.

Uşaqları xilas etmək mümkün olmayıb.

“Cari fakt üzrə RF Cinayət Məcəlləsinin maddə 109, bənd 3-də nəzərdə tutulan “iki və daha artıq şəxsi ehtiyatsızlıq ucbatından öldürmə” üzrə cinayət işi açılıb”, - İK-də qeyd ediblər.