» » Obama: Putin yeganə müttəfiqinə kömək edir

Obama: Putin yeganə müttəfiqinə kömək edir

Obama: Putin yeganə müttəfiqinə kömək edir

“Suriyadakı əməliyyat Rusiyanın mövqeyinin zəiflədiyini göstərir”.

Suriyada həyata keçirilən hərbi əməliyyat Rusiyanın mövqeyinin Yaxın Şərqdə  zəiflədiyini göstərir.

ucarliyiq.biz-ın APA-ya istinadən məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama CBS telekanalına verdiyi müsahibədə bəyan edib.
 
Onun sözlərinə görə, Suriya Rusiyanın regionda yeganə müttəfiqdir: 

“Məhz bu səbəbdən Rusiya Bəşər Əsəd rejiminə yardım etməyə məcbur olub. Putin qoşunları regionda yeganə müttəfiqini gücləndirmək üçün göndərir”.