» » Məşhur xəbər aparıcısı həbs oluna bilər

Məşhur xəbər aparıcısı həbs oluna bilər

Məşhur xəbər aparıcısı həbs oluna bilər

11 ay 20 gün.

Türkiyənin məşhur xəbər aparıcısı Uğur Dündara keçmiş nəqliyyat naziri Binali Yıldırımı təhqir etdiyi üçün 11 ay 20 gün həbs cəzası kəsilib.

ucarliyiq.biz Türkiyə KİV-nə istinadla xəbər verir ki, Uğur Dündarın əvvəllər də 3 aydan çox həbs cəzası almaması və təkrar olaraq belə bir hərəkətə yol verməyəcəyi qənaətinə gəldiyini açıqlayan məhkəmə cəzanı təxirə salıb və 1 illik yoxlama müddəti təyin edib.

Xatırladaq ki, Uğur Dündarın 5 aprel 2014-ci ildə “Milliyyet” qəzetində yazdığı məqalədə Binali Yıldırımı təhqir etdiyinə görə 1 ildən 2 il 4 aya qədər həbslə cəzalandırılması tələb edilmişdi.