» » NASA “ibtidai dəhşət və zülmət”in şəkillərini əldə etdi – FOTO

NASA “ibtidai dəhşət və zülmət”in şəkillərini əldə etdi – FOTO

NASA “ibtidai dəhşət və zülmət”in şəkillərini əldə etdi – FOTO

Alimlər səma cisminin ölçülərini müəyyən edə biliblər.

New Horizons stansiyası Plutonun kiçik peyki, qədim yunan ibtidai dəhşət və zülmətin ilahəsinin şərəfinə adlandırılan Stiksin şəkillərini çəkib, NASA-nın saytında məlumat verilib.  

ucarliyiq.biz lenta.ru-ya istinadən xəbər verir ki, əldə edilən məlumatlara əsasən, alimlər səma cisminin ölçü və formasını müəyyən edə biliblər. Plutonun peyki dartılmış formaya malikdir. Uzunluğu yeddi, eni isə beş kilometrdir.

Stiksin səthi Plutonun digər peyklərində (daha öncə New Horizons stansiyası tərəfindən tədqiq edilmiş Nikta və Hidra) olduğu kimi buzlaqlarla örtülüdür və əksetmə qabiliyyəti yüksəkdir.

Yeni məlumatı alimlər 2015-ci ilin 5 oktyabr tarixində əldə ediblər. Stiks stansiyası haqqında məlumatı New Horizons iyulun 13-də Pluton ilə yaxınlaşmadan 12,5 saat öncə LORRI (Long Range Reconnaissance Imager) elmi aləti vasitəsilə alıblar. O zaman NASA aparatı Stiksdən 631 min km uzaqlıqda olub.

Alimlər gələcəkdə cırtdan planetin Stiks və digər üç peykinin tədqiqini davam etdirməyi düşünürlər. Alimləri əsasən bu səma cisimlərinin xaotik hərəkəti, ölçüləri, formaları, kimyəvi və fiziki tərkibi, eləcə də yaranması və təkamülü maraqlandırır.

NASA “ibtidai dəhşət və zülmət”in şəkillərini əldə etdi – FOTO