» » Twitter-də ixtisarlar

Twitter-də ixtisarlar

Twitter-də ixtisarlar

İxtisar şirkətin bütün şöbələrinə şamil ediləcək.

Twitter sosial şəbəkəsinin rəhbərliyi gələn həftə əməkdaşlarının kütləvi ixtisarını həyata keçirəcək, TASS məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, kütləvi ixtisarlar şirkətin bütün şöbələrinə şamil ediləcək, əsasən də texniki mütəxəssislərə. Əsas səbəb iqtisadidir. Twitter xərcləri azaldaraq səmərəli işə nail olmaq istəyir.

“Biz şayiə və fərziyyələrə dair şərhlər vermirik”, - Twitter-dən rəsmi nümayəndələrinin ixtisarlar barədə informasiyanı şərh etmə xahişinə belə cavab veriblər.

500 milyondan çox istifadəçini birləşdirən Twitter sosial şəbəkəsi 2006-cı ildə yaradılıb. Rəsmi məlumata əsasən, şirkətdə 4 min əməkdaş çalışır.