» » Qadın Facebook-a görə oğlunu itirdi

Qadın Facebook-a görə oğlunu itirdi

Qadın Facebook-a görə oğlunu itirdi

Oğlu yıxılarkən, o, telefona baxırdı.

Qadın uşağa qarşı qəddar davranışına görə 5 il müddətinə azadlıqdan məhrum edilib, onun 2 yaşlı oğlu boğularkən, o, telefonda Facebook-a baxıb.

ucarliyiq.biz-ın məlumatına görə, gazeta.ru bu barədə The Guardian-a istinadən xəbər verir.

Coşua Barnett keçən il Beverli şəhərində öz evlərinin yanında bağda oynayarkən gölə düşərək ölüb.

Məhkəmə onun anası Kler Barnettin “valideynlik borcunu pis yerinə yetirdiyini” hesab edib.

Oğlu yıxılarkən, o, telefona baxıb, sonra uşağını xilas etməyə çalışıb. Buna baxmayaraq uşaq həmin gün xəstəxanada keçinib. İstintaq başqa bir haldan da xəbərdar olub, belə ki, ana kiçik oğluna maşın yolunun yanında oynamağa icazə verərkən uşağı az qala maşın vuracaqmış.

Məhkəmə bəyan edib ki, əgər gələcəkdə qadının uşağı dünyaya gələrsə çox güman ki, həmin uşağı ondan alacaqlar, belə ki, onun yanına cavabdeh ola biləcək uşağı qoymaq təhlükəlidir.