» » İŞİD hücuma keçdi

İŞİD hücuma keçdi

İŞİD hücuma keçdi

Onlar 6 qəsəbəni nəzarət altına almağa müvəffəq olublar.

Rusiyanın aviazərbələrinə baxmayaraq, İŞİD terror təşkilatının yaraqlıları Suriyanın ən böyük şəhərlərindən olan Hələbin rayonlarında hücuma keçiblər.

ucarliyiq.biz xarici KİV-ə istinadən xəbər verir ki, onlar 6 qəsəbəni nəzarət altına almağa müvəffəq olublar.

İndi yaraqlılar Hələbin şimalındadırlar - Bəşər Əsədin qoşunlarının nəzarət etdiyi mövqelərdən cəmi iki km uzaqlıqda. Müşahidəçilər bunun son həftələr ərzində İŞİD-in ən miqyaslı hücumu olduğunu qeyd ediblər.

Bundan başqa, Əsədin iranlı hərbi müttəfiqi general Huseyn Hamdani Hələbin yaxınlığında İŞİD yaraqlıları tərəfindən öldürülüb, CNN xəbər verib.

Xatırladaq ki, Rusiya Federasiyası Silahlı qüvvələrinin Baş qərargahı oktyabrın 9-da RF aviasiyasının “Liva-əl-Haq” islam qruplaşmasının qərargahına zərbəsi nəticəsində İŞİD-in iki səhra komandiri və 200-ə yaxın yaraqlı məhv edilib.