» » 86666 nömrəli asteroid şənbə günü Yerə yaxınlaşacaq

86666 nömrəli asteroid şənbə günü Yerə yaxınlaşacaq

86666 nömrəli asteroid şənbə günü Yerə yaxınlaşacaq

2000 FL 10 2000-ci ildə kəşf edilib.

86666 nömrəli asteroid (2000 FL 10) Yerin təhlükəsizliyini təhdid etmir.

Müvafiq bəyanatla Milli Aerokosmik Agentliyin (NASA) Reaktiv hərəkət laboratoriyasının mütəxəssisləri çıxış ediblər.

"Asteroid oktyabrın 10-da Yerdən 15 mln. mil məsafədə (25 mln. km) keçəcək. Bu, Yer ilə sıfır toqquşma ehtimalı deməkdir", - deyə, JPL-in rəsmi Twitter səhifəsində bildirilir.

86666 nömrəli asteroid (2000 FL 10) 2000-ci ildə kəşf edilib. O, Günəş ətrafında 1,77 yer ili ərzində dövr edir.